Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Rusiyanın "Su-24” hərbi təyyarəsinin ölən pilotunun həyat yoldaşından üzr istəməyə hazırdır.
sabahinfo.Az-ın RİA Novosti-yə istinadən məlumatına görə, o bu barədə "Rossiya-24” telekanalına müsahibəsində bəyan edib.
"Rusiya xarici işlər naziri Sergey Lavrova da demişəm ki, əgər ölən rusiyalı pilotun xanımı razılıq versə, üzr istəmək və başsağlığı vermək üçün ona baş çəkmək istərdim”, - deyə Türkiyə XİN rəhbəri vurğulayıb.