Çempionlar Liqasının püşkatmasında hiylə - Video

Futbol üzrə Çempionlar Liqasının püşkatma mərhələsində hiylə işlədiləməsi iddiası yenidən dünya mətbuatının gündəmini zəbt edib.

AzVision.az-ın xarici mətbuata isinadən verdiyi məlumata görə, ötən gün Monako şəhərində baş tutan püşkatama mərasimində hiylə işlədildiyi iddia edilib.


Belə ki, keçmiş ingilis əfsanəsi İyan Ruşun mərasim zamanı meydana çıxan görüntüsü hər kəsdə şübhə oyadıb. Diqqətlə yoxlanılan topların açıldığı bir vaxtda Ruşun sadə bir əl hərəkəti ilə püşk atama mərasimində hiylə işlətdiyi diqqətdən yayınmayıb.

İ. Ruş ilə yanaşı "Fənərbaxça” klubun sabiq futbolçusu Roberto Karlosun da mərasim zamanı əlinə aldığı topu qutunun içərisinə qoyub, yenidən çıxarması da hər kəsin diqqətini özünə cəlb edib.

Qeyd edək ki, FIFA-nın sabiq rəhbəri Sepp Blatter, bir müddət öncə Çempionlar Liqasının püşk atama mərasimi zamanı isti və soyuq toplardan istifadə edildiyini açıqlayıb. O, bu açıqlaması ilə mətbuatın gündəmini zəbt edib.