Dağlıq Qarabağda erməni əsgərinin ölümünə görə 6 nəfər həbs olundu

Azərbaycanın işğal olunmuş ərazilərdə erməni əsgərinin qətlə yetirilməsi ilə bağlı yeni faktlar ortaya çıxıb.

 

APA-nın "news.am”a istinadən verdiyi məlumata görə, vaxtilə Narek Patatanyanın zorakılığa məruz qaldığı məlum olub.

 

Ermənistan İstintaq Komitəsi rəhbərinin müşaviri Sonna Truzyan bildirib ki, istintaq məlumatları əsasında 6 nəfərə ittiham irəli sürülüb.

 

Həmin şəxslər artıq həbs olunub.

 

Qeyd edək ki, N. Patatanyan sentyabrın 16-də öldürülüb.