DÇ-2016: - Millimiz darmadağınla başladı

Bu gecə futzal üzrə Azərbaycan yığması dünya çempionatında mübarizəyə başlayıb.

 

APA-nın məlumatına görə, Kolumbiyada təşkil olunan mundialda millimiz ilk sınağına çıxıb. Tarixində ilk dəfə planetin ən yaxşıları arasında yer alan komandamız "F" qrupunda Mərakeş yığması ilə üz-üzə gəlib. Medelyin şəhərində keçirilən matçda millimiz rəqibinə şans verməyib - 5:0.

 

"F" qrupunun digər görüşündə  İran və İspaniya qarşılaşacaq.

 

Dünya çempionatı

Qrup mərhələsi,  I tur

F qrupu

 

13 sentyabr

Mərakeş – Azərbaycan – 0:5
Qollar: Vassura, 15, 18, 33; Qallo, 29; Tyaqu, 31.