Bakıda zorlama hadisəsi baş verib. Cinayətin qurbanı 24 yaşlı qadın olub.
Sabahinfo.Az Sputnik-ə istinadən bildirir ki, dekabrın 25-də, 1992-ci il təvəllüdlü Z.A. polis idarəsinə müraciət edib. O bildirib ki, dekabrın 23-ü saat 21:00-da Mərdəkan qəsəbəsində, dəniz sahilində onu 1993-cü il təvəllüdlü T.C. zorlayıb. İlkin araşdırma zamanı məlum olub ki, zərərçəkən boşanıb və azyaşlı uşaq böyüdür. Qadın etiraf edib ki, cavan oğlanla uzunmüddətli münasibətlər qurmaq ümidi ilə tanış olub. Oğlan onu öz maşınına oturdub və dənizin sahilində gəzişməyi məsləhət görüb. O, söz verib ki, sadəcə ulduzların altında gəzişəcəklər. Qadın da razılaşıb. Lakin dənizin sahilində oğlan onunla yaxınlıq etmək istəyib. Zərərçəkən müqavimət göstərməyə çalışsa da, əhəmiyyəti olmayıb.
İşin materialları rayon prokurorluğuna göndərilib.