Deputat Aydın Mirzəzadə Milli Məclisdə büdcə müzakirələri zamanı validenynlərdən birini itirmiş, ailə üzvlərindən biri 1-ci və ya 2-ci qrup əlil olan şəxslərin dövlət hesabına təhsil alması məsələsini qaldıracaq.
Sabahinfo.az xəbər verir ki, bu barədə Modern.az-aməlumatı Aydın Mirzəzadə verib.
Deputat bildirib ki, hazırki qanunvericiliyə əsasən, valideynlərdən biri vəfat edən, digər valideyni 1-ci və ya 2-ci qrup əlil olan şəxslər ödənişli təhsil alarsa, təhsil haqqını dövlət ödəyir.
"Mən parlamentdə məsələ qaldıracağam ki, tək bir valideyn deyil, ailə üzvlərindən biri 1-ci və ya 2-ci qrup əlil olduqda da ailə üzvlərinə dövlət hesabına təhsil almaq hüququ verilsin. Hesab edirəm ki, həmkarlarım mənim bu təklifimə müsbət qiymət verəcək və bununla bağlı qanuna dəyişiklik ediləcək”