Deputatlar telekanallara çox baxırlar, xəbər saytlarına?

Televiziya həyatımızın ayrılmaz hisəsidir. Kimi gündəlik informasiyalardan xəbər tutmaq, kimi sevimli serialını izləmək, kimi də idman proqramlarına baxmaq üçün hansısa telekanala baxmağa məcbur olur.

Azərbaycan teleməkanında verilişlərin reytinqi həmişə mübahisəli olub. Bu gün yerli telekanallarda çeşidli proqamlar, filmlər, şoular, maqazin verilişləri yayımlanır. Onların arasında böyük tamaşaçı auditoriyası toplaya bilənlər də var, toplamayanlar da.
Maraqlıdır, deputatların diqqətini Azərbaycan teleməkanında hansı verilişlər çəkir? Onlar xəbərləri hardan izləyirlər, seriallara baxırlarmı?

Sabahinfo.az-ın məlumatına görə, Modern.az saytı bu suallarla bir neçə deputata müraciət edib.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimlideyib ki, yerli kanallarda ancaq xəbərlər proqramını izləyir.

"Çalışıram ki, xəbərlər proqramının birini də buraxmayım. Çünki mənim işim bunu tələb edir. Azərbaycan televiziyalarında efirə yayımlanan seriallara baxmıram. Türk seriallarına baxıram. Onlar da "Diriliş Ərtoğrul” və "Paytaxt Əbdül Həmid”dir. O ekran işi ki, tarixi hadisədən bəhs edir, ictimai-siyasi əhəmiyyəti var, ona baxıram. Amma qalanlarına baxmağa vaxtım və həvəsim yoxdur”.

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadəseriallara baxmadığını bildirib.

"Kiminsə marağı varsa baxır. Amma mən seriallara baxmıram. Yerli televiziyalara isə çox yox, ara-sıra baxıram. Daha çox vaxtımı internet üzərindən informasiya almağa ayırıram”.

Regional məsələlər komitəsinin üzvü Cavid Osmanovyerli kanalların bəzilərini izlədiyini deyib.

"Televizyalarda əsasən xəbərlər, analitik proqramlara, sənədli filmlərə baxıram. İnternet mediası inkişaf etdiyindən daha çox informasiyanı xəbər portallarından, saytlardan, informasiya agentliklərindən alıram. Serialları isə izləmirəm”.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədovbildirib ki, yerli televiziyalarda ancaq xəbərlər proqramına baxır.
"Başqa baxmağa bir şey olmadığına görə, ancaq xəbərləri, sənədli filmləri izləyirəm. Seriallara baxmaqla aram yoxdur. Ona görə də izləmirəm. Həm də onları izləməyə vaxtım yoxdur. Digər informasiyaları isə saytlardan, xəbər agentliklərindən alıram”.

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədovdeyib ki, Azərbaycanda fəaliyyət göstərən bütün televizi