"Qanunda bir sıra maddələrlə yanaşı, eyni zamanda dopinqdən istifadə olunacağı təqdirdə, idmançı və məşqçiyə cinayət işinin açılması maddəsi də öz əksini tapacaq. Dopinqlə mübarizə məqsədi ilə 10 ildən artıqdır ki, Gənclər və İdman Nazirliyinin nəzdində dopinqlə mübarizə şöbəsi yaradılıb".
Məlumatda qeyd olunub ki, nazirlik MDB ölkələri arasında idmançıların dopinq nümunələrini mütəmadi olaraq yoxlamağa göndərən ölkələr arasında ilk üçlükdədir.
"Ölkəmizdə keçirilən ilk Avropa oyunları zamanı nazirlik Avropa Olimpiya Komitəsi ilə idmançıların dopinq yoxlamadan keçməsi istiqamətində işlərini yüksək səviyyədə qurmağı bacarıb. Lakin bir daha vurğulamaq yerinə düşər ki, idmançıların təlim məşq toplantılarına qatılması, yarışlara ezam olunması baş məşqçi tərəfindən aparılır. Federasiyalar ilk növbədə idmançılar üzərində nəzarəti daha da möhkəmləndirməli, mütəmadi şəkildə idmançıların dopinq müayinələrinin aparılması üçün nazirliyə müraciət etməlidir".