2022-ci ildə Qatarda keçiriləcək futbol üzrə dünya çempionatı 48 komandanın iştirakı ilə keçirilə bilər.
Sabahinfo.az-ın Xarici KİV-ə istinadən məlumatına görə, bunu FİFA-nın yeni seçilən prezidenti Giana İnfantino deyib.
FİFA rəhbərinin planına görə, çempionata gedən komandalardan 16-sı qruplarda iştirakı tam təmin edənlər olacaq. Digər 32 komanda isə tək oyunluq təsnifat mərhələsi oynayacaq. Həmin təsnifatın 16 qalibi qruplara yüksələcək və qrup mərhələsinə iştirakı tam təmin edənlərlə birllikdə 32 komandalı formatı dolduracaq.
Giana İnfantino 48 komandalı formatını yanvar ayında keçiriləcək iclas zamanı gündəmə qoyacaqlarını çıxaracaqlar.
FİFA prezidenti onu da əlavə edib ki, məqsəd dünya çempionatını daha da maraqlı formata keçirməkdir.