öyük Britaniyanın baş naziri Devid Kemeron bildirib ki, Parisdə baş verən terrordan şoka düşüb Sabahinfo.az-ın vesti.ru-ya istinadən xəbərinə görə, baş nazir öz Tvitter hesabında belə yazıb: "Bizim dualarımız Fransa vətəndaşları ilədir. Biz gücümüz daxilində hər köməyi göstərməyə hazırırq”
Almaniya kansleri Angela Merkel də Parisdə baş verənlərdən çox sarsıldığını qeyd edib və Fransaya başsağlığı verib: "Mən Paris terrorunda zərər çəkənlər, onların yaxınları və bütün parislilərləyəm”.
BMT-nin baş katibi Pan Gi Mun da terror aktını qəti şəkildə pisləyib. O, ümid etdiyini bildirib ki, Fransa hökuməti ən qısa zamanda bu qanlı cinayəti təşkil edənləri tapmağa nail olacaq.
NATO-nun baş katibi Yens Stoltenberq isə bəyan edib ki, terrorizmə heç zaman demokratiyaya qalib gəlmək qismət olmayacaq: "Biz Fransa xalqı ilə bir yerdəyik”.