Dünyanın ən kök insanı sayılan meksikalı Andres Moreno Sepulveda 38 yaşında dünyasını dəyişib.
Sabahinfo.az xarici mətbuata istinadən xəbər verir ki, ölümə səbəb infarkt və qarın boşluğunun iltihabı (peritonit) olub.
Özünü qəflətən pis hiss edən keçmiş polis əməkdaşı xəstəxanaya aparılarkən yolda keçinib. Bir neçə ay əvvəl çəkisi 450 kiloqram olan A.M.Sepulvedanın mədəsində cərrahiyə əməliyyatı aparıldıqdan sonra o, 100 kiloqram arıqlamışdı. Əməliyyatdan sonra reabilitasiya kursu keçən A.M.Sepulveda noyabrda kəskin peritonit ilə əlaqədar təkrar əməliyyat olnmuşdu.