Bir çox ölkələr öz müstəqilliklərini və suverenliklərini müdafiə edərək Qərbə qarşı mübarizəyə qoşulublar.
Sabahinfo.az xəbər verir ki, bunu Belarusun müdafiə naziri Viktor Xrenin XI Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında deyib.
“Bu gün bu mübarizə Ukrayna ərazisində Qərblə Şərq arasında qlobal qarşıdurmaya çevrilib. Eyni zamanda, orada baş verən proksi müharibə faktiki olaraq planeti üçüncü dünya müharibəsinin astanasına qoydu”, - nazir vurğulayıb.
Onun sözlərinə görə, Qərbi genişmiqyaslı müharibəyə başlamaqdan saxlayan yeganə şey nüvə reaksiyası təhlükəsidir.
“Təsadüfi deyil ki, Belarus taktiki nüvə silahlarının öz ərazisinə qaytarılmasını strateji çəkindirmənin effektiv amili hesab edir”, - nazir bildirib.
O bildirib ki, gələcəkdə NATO ilə birbaşa hərbi toqquşma ehtimalı çox açıq görünür