"Bir sıra hallarda bələdiyyələr yersiz cərimələrə məruz qalır və bu, yaxşı hal deyil".
Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında deputat Tahir Rzayev deyib.
Deputat qeyd edib ki, bələdiyyələr səlahiyyətlərinə aid olmayan məsələlərlə yüklənir: “Hardasa ağac quruyur, yaxud da yaşıllıq sulanmır, buna bələdiyyə cavab verməlidir. Bundan başqa, haradasa tullantı var bələdiyyə bunun üçün cərimələnir. Bu, düzgün deyil və bələdiyyələrin nüfuzuna həddindən artıq ziyan vurur. Məhkəmələr qarşısına gedirlər, hörmətdən düşürlər. Hesab edirəm ki, biz bu barədə düşünməliyik. Çünki bu sahə ilə bağlı ayrı-ayrı adamlar məşğul olur. Ona görə də bu kimi nöqsanlar aradan qaldırıla bilər”.