"Çanaqqala zəfəri türk xalqının qəhrəmanlıq tarixinin şanlı 
səhifələrindən biridir. İşğalçı qoşunların birləşmiş gücünə, Türkiyə 
dövlətini birdəfəlik yox etmək siyasətinə qarşı türk xalqının və 
qəhrəman türk əsgərinin ölüm-qalım savaşı, dirənişi və mübarizəsidir". Jurnalistlərə açıqlamasında 
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə 
köməkçisi Əli Həsənov söyləyib. Ə.Həsənov deyib ki, Çanaqqalada türk 
əsgərləri və onlara qoşulan, sıralarında azərbaycanlıların da olduğu 
digər könüllülər, faktiki olaraq, türk xalqının iradəsinin 
məğlubedilməzliyini ortaya qoydular, xalqı və dövləti məhv olmaqdan 
xilas etdilər: "Bu zəfərin qeyd edilməsi ilə bağlı Türkiyə və Azərbaycan
 prezidentlərinin iştirakı ilə tədbirlər planı hazırlanıb. Tədbirlər həm
 Türkiyədə, həm Azərbaycanda, həm də dünyanın ayrı-ayrı ölkələrində 
həyata keçirilir. Yekun nöqtə olaraq aprelin 24-də Çanaqqalada dünyanın 
müxtəlif ölkələrinin dövlət və hökumət rəhbərlərinin iştirakı ilə 
qələbənin 100 illiyinə həsr olunmuş təntənəli mərasim keçiriləcək”. 
Ə.Həsənov əminliklə bildirib ki, Azərbaycan Ordusunun günbəgün artan 
qüdrəti və hərbçilərimizin rəşadəti sayəsində ərazi bütövlüyümüz yaxın 
gələcəkdə bərpa olunacaq və qələbə bayrağımız Şuşada dalğalanacaqdır.