Əliyev-Paşinyan görüşü Davos Forumunun ən mühüm 33 hadisəsi sırasında

Davos Ümumdünya İqtisadi Forumunun təşkilatçıları Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşünü forumun 33 əsas hadisəsi sırasına daxil edib.

BakuPost xəbər verir ki, forumun veb-saytında dünyaya təsir göstərən 33 hadisənin siyahısı verilib.

Məlumatda deyilir: "Azərbaycan Prezidenti və Ermənistanın baş naziri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların irəliləməsi üçün Ümumdünya İqtisadi Forumu zamanı görüşüb”.