Əliyev-Sarkisyan-Putin görüşünün vaxtı məlum oldu

Görüş Sankt-Peterburqda baş tutacaq.

Azərbaycan,  Rusiya və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ nizamlanması üzrə üçtərəfli görüşünün vaxtı məlum olub.

sabahinfo.az-ın məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyindəki mənbə "RİA Novosti”yə bildirib ki, görüş iyun ayının sonlarına planlaşdırılır. 

"Azərbayca, Rusiya və Ermənistanın prezidentlərinin görüşünün iyunun sonunda Sankt-Peterburqda keçirilməsi planlaşdırılıb”, -  deyə mənbə bildirib.