Milli Məclisin deputatı Əminə Ağazadə 26 Iyun Azərbaycan Silahlı Qüvvələri Günündə Aprel döyüşləri zamanı Kürdəmir rayonundan şəhid olan Əbu Bəkir İsmayılovun məzarını ziyarət edib. Deputat şəhidin məzarının üstünə tər gül dəstələri düzüb, onun rhunu ehtiramla yad edib.
Aprelin 11-i
isə Mi-24 helikopterinin pilotları Əbu Bəkir İsmayılov, Təbriz Musazadə və
Urfan Vəlizadə, həmçinin döyüşlərində qəhrəmancasına şəhid olan Xüsusi
Təyinatlı Qüvvələrin polkovnik-leytenantı Murad Mirzəyev ilə vida mərasimi baş
tutub. Vida mərasiminə Müdafiə Naziri general-polkovnik Zakir Həsənov, Baş
Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov və Dövlət Sərhəd Xidmətinin
rəisi general-polkovnik Elçin Quliyev, habelə mayor Ramil Səfərov və bir sıra
digər rəsmi şəxslər qatıldı. Mərasimdə çıxış edən general-polkovnik Zakir Həsənov
Azərbaycan Ordusunun Aprel döyüşlərində qazandığı qələbədən və şəhidlərin
qəhrəçmanlığından danışıb. Daha sonra şəhidlər Bakı şəhərində yerləşən II Fəxri
Xiyabanda izdihamla son mənzilə yola salınıb. Dəfn mərasiminə minlərlə şəhər
sakini ilə yanaşı, şəhidlərin qulluq etdiyi hərbi hissənin əsgərləri və
zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və şəhidlər
uğrunda şəhid olduğu torpağa tapşırılıb.
Əbu Bəkir İsmayılov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.