Ərdoğan Əsəd söhbətinə son qoydu

"Suriyada keçid hökumətində Əsəd olmamalıdır".

Sabahinfo.Az publika.az-a istinadən bildirir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan "Reuters" agentliyinə müsahibəsində deyib.
 
"Əsəd hər hansı keçid hökumətinin parçası ola bilməz. Dünya Əsədin içində olmadığı bir həlli tapmalıdır. Suriyanın gələcəyini Suriya xalqı müəyyən etməlidir. Bəzi dövlətlər bu qatilə niyə dəstək verirlər?" - Ərdoğan bildirib.
 
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bir neçə gün əvvəl verdiyi açıqlamasında rəsmi Ankaranın Suriya siyasətinin dəyişdiyini açıqlayıb. Nazir Türkiyənin Suriya prezidenti Bəşər Əsədin taleyi ilə bağlı ultimatum verməkdən imtina etdiyini bildirib: "Türkiyə Suriyadakı terrorçuların ona ciddi təhlükə olduğunu anlayır. Bu səbəbdən Ankara ultimatumlara son qoymağa başlayıb".
 
Daha əvvəl isə - avqustun 20-də Türkiyənin baş naziri Binəli Yıldırım deyib ki, Suriya prezidenti Bəşər Əsəd keçid hökuməti dövründə hakimiyyətdə qala bilər.
 
"Suriyada keçid hökumətinin formalaşmasından sonra Əsəd postunu tərk etməlidir", - o deyib.