Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Fərat qalxanı” missiyasının yerinə yetirildiyi ərazinin genişləndirildiyini bəyan edib.
sabahinfo.Az xəbər verir ki, bu barədə "Reuters” məlumat yayıb.
"Hazırda "Fərat qalxanı” əməliyyatı çərçivəsində 900 kvadratkilometr ərazi terrorçulardan azad edilib. Bu ərazi cənuba doğru genişlənir. Biz bu ərazini təhlükəsiz zonanın yaradılması çərçivəsində beş min kvadratkilometrə qədər genişləndirə bilərik”, - dövlət başçısı bildirib.
"Fərat qalxanı” əməliyyatı avqustun 24-də başlanıb. Suriya ərazisində Türkiyənin nizamlı ordusunun hissələri yeridilib. Əsas məqsəd sərhədyanı ərazilərin "İslam dövləti” terror qruplaşmasının, eləcə də kürd silahlı qrupların yaraqlılarından təmizlənməsidir.