Türkiyə baş naziri Əhməd Davudoğlu Rizedə keçirilən seçki mitinqində müxalifətin ittihamlarına cavab verib.
ANS
PRESS-in məlumatına görə, prezident Rəcəb Tayyib Ərdoğanla döyüş
yoldaşı olduğunu deyən Türkiyə baş naziri CHP lideri Kamal
Kılıçdaroğluya belə bir sual ünvanlayıb:
"Sənin
uğurun hanı? Prezidentimiz CHP-nin xaraba qoyduğu İstanbulu ən inkişaf
etmiş şəhərə çevirdi. Bax, buna uğur deyərlər. Özünə uğur hekayəsi
deyir, ancaq, nərdivana tərs çıxır. Nərdivana tərs çıxan adam milləti
doğru yolla apara bilərmi?"
Onun sözlərinə görə, Ərdoğanla birlikdə ölümlə təhdid olunublar:
"Bizə
Allah və Millətimiz yeter. Prezidentimiz və məni ölümlə təhdid etdilər.
Bizi tanımamışdılar. Biz anadan olandan ölümə təslim olmuşuq".
Davudoğlu daha sonra Fətullah Gülənin yaratdığı şəbəkədən danışıb
"Millətin
iradəsini üç-beş belə şəbəkəyə təslim etmərik. HDP, CHP çıxsın
"paralelçi"lərlə nə plan edir, açıqlasınlar. "HDP"-in parlamentə keçməsi
üçün CHP də çalışır. Türk BƏƏS-çiləri (Səddam Hüseyn dönəmində İraqın
hakim partiyası - red) isə kürd BƏƏS-çilər artıq bir aradadır".