Berluskoni: “Ukraynanın NATO-ya daxil olması dünya müharibəsinə səbəb ola bilər”

İtaliyanın keçmiş baş naziri, “İrəli, İtaliya” partiyasının lideri Silvio Berluskoni Ukraynanın NATO-ya daxil olmasının dünya müharibəsinə səbəb ola biləcəyi ilə bağlı fikir bildirib.

“Biz tez-tez nüvə bombalarından istifadə ilə bağlı danışıqlar eşidirik. Tanrı bizi bu təhlükədən qorusun. Ukrayna NATO-ya üzv olmaq istəyir. Əgər NATO-ya üzv olarsa, müharibə dünya müharibəsinə çevriləcək”, - deyə siyasətçi bəyan edib.

Qeyd edək ki, sentyabrın 29-da partiya lideri 86 yaşını qeyd edib.