Ukraynanın baş prokuroru Yuri Lutsenko ölkənin daxili işlər naziri Arsen Avakova qarşı cinayət işinin başlanıldığını bildirib.
Bu barədə Ukraynanın "24” telekanalı məlumat yayıb.
Məlumata əsasən, Baş Prokurorluqda DİN rəhbərinə qarşı cinayət işinin başlanması barədə qərar Korrupsiya ilə Mübarizə Mərkəzinin rəhbəri Vitali Şabuninin müraciətindən sonra verilib.
"Mən cənab Şabunindən də daxil olmaqla, hər gün onlarla insandan məktub alıram. DİN rəhbəri Avakova qarşı cinayət işi başlanılıb, çünki qanun qarşısında hamı birdir”, - deyə Lutsenko bildirib.
Onun sözlərinə görə, Baş Prokurorluğa ünvanlanan müraciətlərin hamısı eyni prosessual statusa malikdirlər.
azvision.az