Ermənilərdən etiraf: 16 hərbçi Qarabağda itkin düşüb

Helsinki Vətəndaş Assambleyasının (HVA) Vanadzor ofisi bəyanat yayaraq hüquq müdafiəçilərini aprelin 2-də baş verən döyüş əməliyyatları zamanı 16 erməni hərbçisinin itkin düşməsi ilə bağlı araşdırma aparmağa çağırıb.

Bu barədə bəyanat HVA-nın rəsmi saytında yerləşdirilib.


Bildirilib ki, HVA-nın Ermənistan şöbəsi itkin düşən 16 hərbçi haqqında məlumat toplayır.

Hüquq müdafiəçiləri bəyan ediblər ki, hərbçilərin itkin düşməsi ilə bağlı məlumatlar onların ailə üzvləri, sosial şəbəkələr və KİV-lərdən toplanılıb.

Qeyd edilib ki, 16 erməni hərbçinin itkin düşməsi haqda Ermənistanın Müdafiə Nazirliyi rəsmi məlumat yaymayıb. Bununla bağlı nazirliyə sorğu göndərilib.

Hüquq müdafiəçiləri Ermənistan rəhbərliyindən əsgərlərinin itkin düşmə səbəblərini ciddi şəkildə araşdırmağı və onlar haqqında ailələrinə məlumat verməyi tələb edib.