Ermənistan hakimiyyəti öz cəmiyyətini erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasına və münaqişənin əsas nəticələrinin aradan qaldırılmasına hazırlamalıdır ki, bu da digər siyasi məsələlərə baxılması üçün şərait yaradacaq.
sabahinfo.Az Trend-ə istinadən bildirir ki, Azərbaycanın ATƏT-dəki daimi nümayəndəliyi təşkilatın daimi şurasının iclasında bu bəyanatla çıxış edib.
Bəyanatda deyilir ki, Ermənistan hələ də sülh axtarışı və regionda münaqişənin nizamlanması istiqamətində konstruktiv mövqedən uzaqdır.
Daimi nümayəndəlik, həmçinin bəyanatda qeyd edib ki, Ermənistan ATƏT-də yeganə ölkədir ki, Helsinki yekun aktının prinsiplərindən birinin yüz minlərlə insanın hüquqlarının pozulmasını hesab edir.
Azərbaycanın ATƏT-dəki missiyası Azərbaycan tərəfinin Ermənistanın dəstəyi ilə işğal olunmuş ərazilərdə həyata keçirilən iqtisadi və başqa fəaliyyətə narazılığını bildirib.