Ermənistanda Vergi inspeksiyasının əməkdaşı öz əlbirləri ilə bərabər İran vətəndaşını qaçırıb.
sabahinfo.Az bu barədə erməni KİV-nə istinadən xəbər verir.
Ermənistanın Xüsusi İstintaq Xidmətinin mətbuat xidmətinin məlumatına əsasən, sentyabrın 19-na keçən gecə Kotayka sakini Benik M.Abovyandan polis bölməsinə şikayət edərək tanışının naməlum şəxslər tərəfindən fermadan oğurladıqlarını deyib.
İran vətəndaşı Hasem Q. Ermənistanın dövlət gəliri üzrə Komitəsinin inspektorunun T.Q-nin onu əlbirləri ilə birgə "Toyota camry” avtomobilinə hədə-qorxu gəlib oturdaraq naməlum istiqamətdə apardığını bildirib.
Yolda vergi nazirinə polisdən zəng ediblər, zəngdən sonra o, xarici vətəndaşı dərhal buraxıb.