Ermənistanın parlamenti Artur Davtyanı baş prokuror seçib.
Sabahinfo.Az report-a istinadən bildirir ki, səsvermədə iştirak edən 103 deputatdan 97-si onun lehinə səs verib, 3-ü əleyhinə səs verib, 3 bülleten isə etibarsız sayılıb. 38 yaşlı Artur Davtyan bu vəzifəyə yeganə namizəd olub.
Qeyd edək ki, bu il avqustun 4-də Ermənistanın baş prokuroru Gevork Kostanyan səhhətində problemin yarandığını əsas göstərərək istefa verib.