Ermənistanın baş naziri Karen Karapetyan ilk kadr dəyişikliyini hökumətin aparatında realaşdırıb. sabahinfo.az Ermənistan mediasına istinadən xəbər verir ki, baş nazirin qərarı ilə Qurqen Dumanyan hökumətin aparatının rəhbəri – nazirin birinci müavini postundan azad olunub.
Bundan əlavə, baş nazirin müşavirləri Aram Ananyan və Qaqik Xaçatryan, eləcə də Tiqran Karapetyan hökumət rəhbərinin köməkçisi posatlarından uzaqlaşdırılıblar.
Karapetyanın digər qərarı ilə baş nazirin baş müşaviri vəzifəsinə Qaqik Martirosyan təyin edilib.
Ermənistanın ərazi idarəetmə və inkişaf naziri David Lokayanın da tezliklə istefaya göndəriləcəyi gözlənilir. O, keçmiş baş nazir Ovik Abramyanın tərəfdarı hesab olunur.