E-News.Az-ın "Coffee Break” rubrikasının budəfəki qonağı Azərbaycan Respublikası Boks Üzrə İlk Dünya Çempionu, "Rabitə” Boks Klubunun icraçı direktoru Fərhad Acalovdur.
Uşaqlıqdan ağır idman növü olan boksla məşğul olmuşam. Bu günə kimidə boksu atmağıma baxmayaraq, məşqlərimi davam elətdirirəm, yəni öz formamı saxlayıram. Boksla məşğul olduğum zamanlarda yüksək nəticələr əldə etmişəm. İlk dəfə gənclər üzrə dünya çempionu olmuşam, Avropa çempionatlarım olub. Beynəlxalq yarışaların qalibi olmuşam. İdman karyeramı bitirdikdən sonra 2010-cu ildən bu günə kimi "Rabitə” idman klubuna icraçı direktor kimi fəaliyyət göstərirəm. Əlimdən gələni eliyirəm ki, bizim gənc boksçular yüksək nəticələr əldə etsinlər.
– 2015-ci ildə hansı uğurlara imza atmısınız?
Rabitə idman klubunun rəhbəri olduğum gündən bu günə kimi idmançılar yüksək nəticələr əldə ediblər. Kişilər arasında dünya çempionu, dünya mükafatçısı olub. Bu il ərzində bizim yeniyetmələr arasında Məhəmməd Abdullayev həm Avropa , həm dünya çempionu olub, Qazıbəyov Bəxtiyar Avropa çempionu oldu. Bakı 2015 ilk Avropa oyunlarında Teymur Məmmədov qalib olub. Və keçən ay Polşada bizim gənclər arasında Avropa çempionatı keçirilmişdir. İdmançılarmızdan Ruslan Rüstəmli qızıl medalın sahibi olmuşdur. 2015-ci ildə Avropa çempionatlarında, deyərdim ən mötəbər yarışlarda yüksək nəticələr əldə eləmişik. İnanıram ki, həmin nəticələr axırıncı yox necə deyərlər axarıncı olacaq. Davamıda olacaq, çünki idmançılarımız öz üzərlərində çox çalışırlar. Bizdə əlimizdən gələni edirik ki, idmançılarımıza hər cür şəraiti yaradaq.
– 2016-ci ildə hansı planlarınız var?
2016-ci ildəRio-de-JaneyroOlimpiya oyunları keçiriləcək. Bu yarışı hər idmançı 4 il gözləyir. Mən inanıram ki, bizim idmançılar yüksək nəticələri iləRio-de-Janeyrodaözlərini sübut edəcəklər və ordan ən yüksək nəticələr gözləyirəm.
– Xarici ölkələrdə çox olmusunuz, çox güman ki, əcnəbi idmançılarla yarışlarda, təlim-məşq toplanışlarında ünsiyyət qurmaq imkanınız olur. Həmin ölkələrin idmançıya dövlət qayğısı ilə bizim ki, arasında fərq nədən ibarətdir?
Əlbəttə çox olmuşuq. Hər zaman nəticə verən idmançılar arasında məsəlçün dünya çempionu olmusansa sizin tərəfdən dövlət nə ilə təltif etdi sualları çox olur. Mən deyərdim ki, bu gün ki, gündə cənab prezident idmançılara böyük diqqət, qayğı göstərir. İdmançıların keçdiyi yolları, əziyyəti qiymətləndirir. Hər cür şərait yaradılır ki, idmançı ancaq məşqləri ilə məşğul olsun və bayrağımızı qaldırsın. İdmançıların da fikri o olmalıdı ki, ancaq məşqləri davamlı eləsin və yarışda layiqli nəticələr əldə etsin.
– Cənab prezident tərəfindən ev ilə təltif olundunuz. Biraz həmin sevinc hisslərindən danışaq.
Bəli dünən ki, gün ölkə başçımız tərəfindən evlə təltif olundum. Bu mənim üçün həyatımda aldığım ən böyük hədiyyəmdi. Bu gün mənim ad günümdü və bu hədiyyə ad günümlə üst-üstə düşdü. Bu məni çox sevindirdi, mən düşünürəm ki, bundan böyük hədiyyə ola bilməz. Bilirik ki, bu gün cənab prezidentimiz İlham Əliyevin doğum günüdür. Fürsətdən istifadə edərək İlham Əliyev cənablarını təbrik edir, uzun ömür can sağlığı arzulayıram.