ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) iclası yekunlaşıb.
sabahinfo.Az xəbər verir ki, FES uçot dərəcəsini dəyişməyərək 0,25-0,5% səviyyəsində saxlayıb.
Qərar analitiklərin proqnozları ilə üst-üstə düşüb.
Qeyd edək ki, 2015-ci ilin dekabrın 16-da FES uçot dərəcəsinin baza faiz dərəcəsini illik 0-0,25% rekord aşağı səviyyə ilə 0,25% artırıb. Bundan sonra keçirilən iclaslarda uçot dərəcəsi dəyişdirilməyib.