Transfer məsələlərindəki qanunsuzluğa görə klubları cəzalandırmasına öyrəşdiyimiz FİFA bu dəfə özü eyni taleyi yaşayıb.
sabahinfo.Az apasport.az-a istinadən xəbər verir ki, ali futbol qurumu Belçika məhkəməsi tərəfindən cəzalandırılıb.
Belə ki, Belçika məhkəməsi fransalı yarımmüdafiəçi Lassana Diarranın 2015-ci ildə "Şarlerua" klubuna transferinə əngəl olduğu üçün FİFA-ya və Belçika Futbol Federasiyasına cəza kəsib. Məhkəmə bu iki qurumu ümumilikdə 6 milyon avro məbləğində cərimələyib.
Qeyd edək ki, 2015-ci ildə "Marsel" klubu ilə anlaşan Lassana Diarra hazırda da bu klubun formasını geyinir.