Azpolitika.az
saytında adımdan gedən 04.05.2020-ci il tarixli yazı ilə əlaqədar bildirirəm
ki, qeyd olunan sayt Biləsuvar rayon İcra Hakimiyyətinin sabiq başçısı və
hazırda həbsdə olan Mahir Quliyev barəsində fikrimi təhrif olunmuş və həqiqətə
uyğun olmayan şəkildə təqdim etmişdir, qeyd olunan mövqe tərəfimdən qəbul
edilmir və birmənalı şəkildə rədd edilir. Belə ki, mən ixtisasca hüquqşünas
olaraq aparılan araşdırmanın nəticəsini gözləməyi tövsiyə etmişəm, çünki biz cənab
Prezidentin rəhbərliyi altında hüquqi dövlətdə yaşayırıq və təqsirləndirilən şəxsin
barəsində son qərar məhkəmə tərəfindən qəbul ediləcəkdir.
Lakin bu o demək deyil ki, sabiq icra başçısı qeyd olunan əməlləri törətməyib. Mahir Quliyev ilk növbədə ona göstərilən etimadı doğrultmamış, cənab Prezidentin korrupsiya və digər mənfi hallara qarşı mübarizə apardığı bir dövrdə bu əməlləri törətmiş və törədilməsinə şərait yaratmışdır. Buna görə də yerli sakinlər haqlı olaraq onun fəaliyyətindən ciddi narazı olmuş və bu barədə əsaslı müraciətlər etmişdir. Bunun nəticəsidir ki, hazırda onun barəsində kifayət qədər təkzib olunmaz sübutlar olduğuna görə onun haqqında tamamilə doğru olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179, 308 və 311-ci maddələri ilə cinayət işi istintaq edilir və barəsində əsaslı olaraq məhkəmə tərəfindən həbs qəti imkan tədbiri seçilmişdir. Bütün günahkar şəxslər Azərbaycan məhkəməsi qarşısında cəzalarını alacaqlar.