Parisdəki terror aktları ilə əlaqədar Fransada 3 günlük matəm elan olunub. Bu barədə Fransa prezidenti Fransua Olland sərəncam imzalayıb.
Fransa prezidenti qeyd edib ki, ölkənin bütün güc strukturları maksimal hazırlıq vəziyyətindədir və terrorçuların hərəkətlərinə cavab verə bilər.