Futbol üzrə millimiz qrup lideridir

Qarşılaşmanın ikinci hissəsində də komandamızın qapısı qarşısında bir neçə dəfə təhlükəli vəziyyət yaranıb.  Amma millimizin qapıçısı Kamran Ağayev gözəl oyunu ilə komandamızı qoldan xilas edir. Beləliklə, oyun 1:0 hesabı ilə Azərbaycan millisinin xeyrinə başa çatıb. Bununla da futbol üzrə milli komandamız qrup lideridir.

 

20:47

 

Bu gün futbol üzrə milli komandamız dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində növbəti oyununu keçirib. sabahinfo.az saytı xəbər verir ki, Azərbaycan yığması doğma meydanda  Norveç komandasını qəbul edib.  Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmanın 11-ci dəqiqəsində hesabı açıb. Oyunda fərqlənən Maksim Medvedev olub. İlk hissənin sonrakı dəqiqələrində hər iki komandanın qapısı qarşısında dəfələrlə təhlükəli vəziyyət yaransa da, tablodakı rəqəmlər dəyişməyib.

Qeyd edək ki, milli komanda növbəti oyununu oktyabrın 11-də səfərdə Çexiyaya qarşı keçirəcək.

 

 

Komandalar

Oyun

Q

B

M

T-F

Xal

AZƏRBAYCAN

2

2

0

0

2

6

Almaniya

1

1

0

0

3

3

Çexiya

1

0

1

0

0

1

Şimali İrlandiya

1

0

1

0

0

1

San Marino

1

0

0

1

-1

0

Norveç

1

0

0

1

-4

0