Gələn ilin büdcəsindən Milli Məclisə ayrılacaq vəsait artırılır

2018-ci il dövlət büdcəsindən Azərbaycan Respublikasının Milli Məclisinə 4.232.000,55 manat vəsaitin ayrılması nəzərdə tutulur.

Modern.az-ınməlumatına görə, bu barədə "2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əks olunub.

Bu rəqəm 2017-ci ildə ayrılan vəsaitdən 530 min 699 manat çoxdur.