ABŞ-da yaşamaq izni verən "Green Card”ı udan bütün əcnəbilər Pentaqon tərəfindən yoxlanılacaq.
Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "Wasington Post” qəzeti hərbi mənbələrə istinadən məlumat yayıb.
Qaydaların sərtləşməsi təkcə əcnəbilərə deyil, həm də xarici ölkə vətəndaşı ilə nikaha girən yaxud ikili vətəndaşlığı olan amerikalılara da şamil edilib. Bu qərar ölkədə terror riskini azaltmaq üçün atılıb.
Sərtləşdirilmiş qaydalar fevralın 15-dən qüvvəyə minəcək. Xatırladaq ki, təkcə 2018-ci ildə 448 Azərbaycan vətəndaşı "Green Card" qazanıb.(modern.az)