Cənab prezident İlham
Əliyev Tərtər - Ağcabədi - Ağdam rayonlarına səfəri zamanı həmişə olduğu kimi,
çox ciddi məsələlərə toxundu. O, Dağlıq Qarabağ ətrafında baş verən proseslərə
xüsusi yer ayırdı. Mart ayının 31 - də Dağlıq Qarabağda qondarma prezident seçkilərinin
keçirilməsi dünyanın aparıcı dövlətləri və Beynəlxalq təşkilatlar tərəfindən
tanınmamasını qeyd etməklə yanaşı, Avropa Şurasının sərgilədiyi qərəzli mövqe kəskin
şəkildə tənqid olundu. Azərbaycanın ərazi bütövlüyünü tanımasına baxmayaraq,
son illər Avropa Şurasının Ermənistanın yanında olması qəbul edilməzliyi önə çəkildi.
Azərbaycanın Beynəlxalq nüfuzu, gücü və qüdrəti artdıqca Avropa Şurası kimi təşkillatlar
ölkəmizə qısqanclıq göstərir, qərəzli mövqe nümayiş etdirirlər. Əminəm ki,
işğala məruz qalmış torpaqlarımız tezliklə azad olunacaq, qəsbkar Ermənistana
ağır və sarsıdıcı zərbələr endirib, ərazi bütövlüyümüzü təmin edəcəyik. O gün
çox da uzaqda deyil.
Ana Vətən Partiyası sədrinin Humanitar və Kommunikasiya məsələləri üzrə
müşaviri, "Buta” xüsusi qayğıya ehtiyacı olan uşaqlara və
yeniyetmələrə dəstək İctimai Birliyinin sədri
Günay Ağamalı