Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 8-də keçiriləcək parlament seçkiləri ilə əlaqədar Azərbaycanda üç seçki məntəqəsi açacaq. Məntəqələr paytaxt Bakı şəhərində yerləşəcək.
sabahinfo.Az AZƏRTAC-a istinadən bildirir ki, bu ölkənin Mərkəzi Seçki Komissiyasından bildiriblər ki, səsvermə ilə əlaqədar 41 ölkənin 48 şəhərində 56 seçki məntəqəsi açılacaq.
Ən çox məntəqə Yunanıstanda təşkil olunacaq.
Gürcüstan qanunlarına görə, xarici ölkələrdə açılan məntəqələrə gələn seçicilər yalnız proporsional siyahı üzrə siyasi partiyalara səs verə bilərlər.
Qeyd edək ki, Gürcüstan qanunvericiliyinə görə, parlamentə 150 deputat seçiləcək və onların 77-si proporsional siyahı üzrə mandat əldə edəcəklər. Siyasi partiyalar və seçici blokları parlamentdə təmsil olunmaq üçün 5 faizlik baryeri keçməlidir. Qalan 73 deputat isə birmandatlı dairələrdən seçiləcək.