Hacıqəhrəmanlı qəsəbəsində su probleminin həllində önəmli addım

Hacıqəhrəmanlı qəsəbəsi Şirvan şəhərinin inzibati ərazisinə daxildir. Qəsəbə sakinləri daxili tələbatlarını ödəmək üçün öz fərdi həyətyanı sahələrində əsasən bağçılıq və bostançılıqla məşğul olurlar. Qəsəbənin əsas su təhcizatı Kur çayından xüsusi nasoslar vasitəsilə təmin olunur. Son vaxtlar Kür çayından suyun vurulması ilə bağlı müəyyən problemlər mövcud idi. Belə ki, nasosxanada olan 2 nasosun biri işləmirdi, digəri isə uzun müddət işlədiyindən istənilən vaxt dayanmaq ehtimalı var idi. Bu məsələ seçkiqabağı təşviqat kompanıyası çərçivəsində deputatlığa namizədlərlə görüşlərdə qəsəbə sakinləri tərəfindən qaldırılan əsas məsələrdən idi. Millət vəkilimiz İltizam Yusifov seçkidən sonra qəsəbədə seçicilərlə görüşdə məsələni yerində araşdırdı. Bir neçə gün bundan öncə qəsəbənin İcra və Bələdiyyə nümayəndələrinin iştirakı ilə həmin nasoslar təmir etdirilərək tam işlək vəziyyətinə gətirilmiş və su təhcizatı ilə bağlı problem öz həllini tapmışdir.