Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində "Anderlext"lə cavab qarşılaşmasında sıradan çıxan "Mançester Yunayted"in futbolçusuZlatan İbrahimoviçin durumu ciddidir.
Bunu klubun rəsmi saytına açıqlamasında baş məşqçi Joze Mourinyo deyib:
"Düşünürəm ki, zədəsi ciddidir. Ancaq tibbi müayinənin cavabını gözləmək lazımdır. İndi bildiyim budur ki, vəziyyəti olduqca pisdir".
Qeyd edək ki, 35 yaşlı futbolçu bu mövsüm ümumilikdə 46 oyun keçirib və 28 qol vurub.