"Azəriqaz" İstehsal Birliyi Xətai Rayon İcra Hakimiyyətini məhkəməyə verib. SABAHİNFO.AZ-ın Ali Məhkəməyə istinadən xəbər verir ki, "Azəriqaz" İstehsal Birliyi cavabdeh tərəf qarşısında çıxarışın etibarsız hesab edilməsi ilə bağlı iddia qaldırıb. Hazırda iş Ali Məhkəmənin hakimi Sevda Hüseynovanın icraatındadır. Qeyd edək ki, işə birinci instansiya məhkəməsi kimi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində, sonra isə Bakı Apellyasiya məhkəməsində baxılıb.