İki güləşçimiz dünya reytinq siyahısında birinciliklərini qoruya bilib

Güləşçilərimizdən Rafiq Hüseynov və Rəsul Çunayev birinciliklərini qoruyub.

Azərbaycan Güləş Federasiyasından (AGF) verilən məlumata görə, Dünya Güləş Birliyi (UWW - United World Wrestling) 2015-ci il may ayında keçirilən yarışların nəticəsinə əsasən, yunan-Roma güləşi üzrə yeni reytinq siyahısını açıqlayıb. Yunan-Roma güləşi üzrə reytinq siyahısına 8 güləşçimizin adı daxil edilib.

59 kq

13. Elman Muxtarov - Vehbi Emre turniri 1-ci yer (15)

18. Taleh Məmmədov - Təxti Kuboku turniri 1-ci yer (18)

66 kq

5. Həsən Əliyev - DÇ 5-ci yer (5)

71 kq

1. Rəsul Çunayev - Dünya Kuboku 1-ci yer (1)

75 kq

5. Elvin Mürsəliyev - DÇ 3-cü yer (5)

80 kq

1. Rafiq Hüseynov - Dünya Kuboku 1-ci yer (1)

85 kq

2. Saman Təhmasibi - DÇ 2-ci yer (2)

6. İslam Abbasov - U-23 AÇ 3-cü yer (6)

Qeyd: İdmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.