Sıra ilə həm Azərbaycanda, həm Rusiyada keçirilən Azərbaycan-Rusiya regionlararası forumları strateji əməkdaşlığın möhkəmlənməsinə müsbət töhfəsini verir və ölkələrimiz arasında səmərəli əməkdaşlığın inkişaf etməsinə səbəb olur.
Savahinfo.Az Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan prezidenti İlham Əliyevin bu gün Bakıda öz işinə başlamış VII Azərbaycan-Rusiya regionlararası forumun iştirakçılarına ünvanladığı çıxışında deyilir.
Müraciəti Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov səsləndirib.