Azərbaycan prezidenti İlham Əliyev Böyük Britaniya nümayəndə heyətini qəbul edib.
Sabahinfo.az xəbər verir ki, dövlət başçısı Böyük Britaniya Lordlar Palatasının üzvü, Leyboristlər Partiyasının nümayəndəsi, "Senate Consulting Ltd” şirkətinin təsisçisi, "Discover Azerbaijan: Baku 2015 edition” kitabının layihə direktoru Lord Devid Evans, Mühafizəkarlar Partiyasının nümayəndəsi Lord Riçard Rizbi, Böyük Britaniya parlamentinin üzvləri - Leyboristlər Partiyasının nümayəndələri Rocer Dankan Qodsiff, Stefn Ceyms Makkabe, Patrisia Skotland və "Senate Consulting Ltd” şirkətinin icraçı direktoru Karolin Minşelin yer aldığı nümayəndə heyətinin Azərbaycana səfərinin ölkəmizlə yaxından tanış olmaq üçün yaxşı fürsət yaradacağına və uğurla inkişaf edən ikitərəfli əlaqələrimizin gücləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.
Prezidentİlham Əliyevəməkdaşlığımızın kifayət qədər geniş istiqamətləri, o cümlədən siyasi, iqtisadi, enerji, təhlükəsizlik və digər sahələri əhatə etdiyini vurğulayaraq ölkələrimiz arasında parlamentlərarası əlaqələrin də böyük əhəmiyyət daşıdığını deyib.
Lord R. Rizbi isə ölkəsinin Azərbaycanla ikitərəfli əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu bildirib. Qonaq Azərbaycan prezidentiİlham Əliyevin beynəlxalq məsələlərə dair fikirlərinin onlar üçün hər zaman böyük maraq doğurduğunu deyib.
Görüşdə Ermənistan-Azərbaycan,Dağlıq Qarabağmünaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.