İlham Əliyev Əli Əsədovu təltif etdi

Azərbaycan prezidenti İlham Əliyev Əli Əsədovun 1-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

sabahinfo.Az-ın məlumatına görə, Ə. Əsədov dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.

Qeyd edək ki, Əli Əsədov Azərbaycan prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavinidir.