İlham Əliyev Filippin Prezidentini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Filippin Prezidenti III Beniqno Akinoya təbrik məktubu ünvanlayıb.

Sabahinfo.az  AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident, Filippin Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Filippin xalqına əmin-amanlıq və tərəqqi arzulayıram".