İlham Əliyev ölkəmizdə səfərdə olan qonaqları qəbul edib - FOTO + YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev Argentina Milli Konqresi Deputatlar Palatasının vitse-spikeri xanım Patrisia Ximenezin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

sabahinfo.Az xəbər verir ki, məlumatı Prezidentin mətbuat xidməti yayıb. 

Daha sonra dövlət başçısı bu gün Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru Anatoli Torkunovu qəbul edib.

13:50

Prezident İlham Əliyev sentyabrın 29-da ISESKO-nun baş direktoruƏbdüləziz Osman əl-Tuveycrini qəbul edib.

sabahinfo.Az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

13:40

Prezident İlham Əliyev sentyabrın 29-da Rusiya Federasiyası Hökuməti sədrinin müavini xanım Olqa Qolodetsin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

sabahinfo.Az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

13:35

Prezident İlham Əliyev sentyabrın 29-da BMT baş katibinin müşaviri, BMT İnkişaf Proqramı rəhbərinin müavini, Avropa və MDB üzrə regional büronun direktoru xanım Cihan Sultanoğlunu qəbul edib.

sabahinfo.Az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.