İlham Əliyevdən Almaniyada türklərə böyük jest

"Almaniya Bundestaqında  "erməni soyqırımı”nın tanınmasına dair qətnamə qəbul edildiyi üçün Azərbaycan prezidenti İlham Əliyev  Bundestaq üzvüləri ilə  görüşlər  keçirməyib”. sabahinfo.az -ın məlumatına görə, bu sözləri Xəzər Strateji İnstitutunun (HASEN) Ali Məşvərət Şurasının sədri Xəlil Akınçı deyib.

O bildirib ki, İlham Əliyev qətnamənin qəbuluna etiraz olaraq bu addımı atıb. "Prezident həmçinin Almaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşlərdən imtina edib”.Akınçı bu görüşlərin protokolda nəzərdə tutulduğunu deyib.

"İlham Əliyev çıxışları zamanı Azərbaycan və Türkiyənin strateji müttəfiq olmaqla yanaşı, iki qardaş ölkə olmasını və Azərbaycanın həmişə Türkiyənin yanında olduğunu vurğulayır. Prezident Almaniya Bundestaqındakı görüşləri ləğv edərək, dünyaya haqsızlığın cavabsız qalmayacağı mesajını verib. Digər tərəfdən, cənab Əliyevin bu addımı yaxın tarixdə törədilmiş və şahidlərinin hələ də həyatda olduğu Xocalı soyqırımına səssiz qalan Qərbin ikili standartına cavabdır”, - deyə Xəlil Akınçı bildirib.

Xəlil Akınçı -Xəzər Strateji İnstitutunun (HASEN) Ali Məşvərət Şurasının sədri
Xəlil Akınçı -Xəzər Strateji İnstitutunun (HASEN) Ali Məşvərət Şurasının sədri

Prezident İlham Əliyev Almaniyaya mayın 7-də səfər edib. O, səfər çərçivəsində Almaniya kansleri Angela Merkellə görüşüb.

Görüş zamanı Dağlıq Qarabağ münaqişəsi və ikitərəfli münasibətlər müzakirə olunub.

Angela Merkel "erməni soyqırımı” ilə bağlı çıxışı zamanı bildirib ki, Türkiyə tərəfinin 1915-ci ildə Osmanlı imperiyasında ermənilərin soyqırımı haqda qətnamənin qəbul edilməsinə səs verən Bundestaq deputatlarına qarşı səsləndirdiyi ittihamlar anlaşılmazdır. 

İlham Əliyev Berlində Azərbaycan-Almaniya İqtisadi Forumunda
İlham Əliyev Berlində Azərbaycan-Almaniya İqtisadi Forumund