İndoneziyada narkotik maddələrin qaçaqmalçılığında ittiham edilən 8
narkotacir haqda çıxarılmış edam hökmü beynəlxalq çağırışlara
baxmayaraq həyata keçirilib. Musavat.com BBC-yə istinadən xəbər verir
ki, çağırışlar edamın təxirə salınması və ya ömürlük həbslə əvəzlənməsi
ilə bağlı idi.
Edam edilənlər Avstraliya,
Nigeriya, Braziliya və Filippin vətəndaşlarıdır. Bir qadın Filippin
vətəndaşının edamı son anda təxirə salınıb.
Bundan öncə, mühakimə edilənlərə öz ailə üzvləri ilə sonuncu dəfə görüşmək imkanı yaradılıb.
Qeyd
edək ki, Avstraliya İndoneziyanı məhkumlara mərhəmət göstərməyə
inandırmağa çalışmış və onu ikitərəfli münasibətlərdə yaranacaq
problemlərlə hədələmişdi. Ancaq Cakarta bunu ciddiyə almadı.
İndoneziyada qanunvericiliyi narkotik qaçaqmalçılığına görə ən yüksək cəza nəzərdə tutur.