AFFA İntizam Komitəsi Bakının "İnter” klubunu 4000 manat cərimələyib.
sabahinfo.Az xəbər verir ki, "Report”un məlumatına görə, buna "Sumqayıt”la Azərbaycan Premyer Liqasının X tur matçının 83-cü dəqiqəsində meydana "bankirlər”in azarkeşinin girməsi və oyunda fasilənin yaranması səbəb olub.
Hadisənin "İnter" oyunda təhlükəsizliyi tam təmin etməməsi üzündən baş verdiyi qənaətinə gəlinib.
Gəncənin "Kəpəz” klubu isə 1000 manat cəriməyə məruz qalıb. Bunun 800 manatı komandanın 4 futbolçusunun "Zirə” ilə görüşdə sarı vərəqə alması ilə əlaqədar kəsilib. Daha 200 manat cəriməyə isə komandanın kapitanı Tural Axundovun 70-ci dəqiqədə ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırılması səbəb olub.
Qeyd edək ki, "İnter” "Sumqayıt”ı 3:1 hesabı ilə yendiyi halda, "Kəpəz” "Zirə”yə uduzub - 0:2.