"Relax”
İstirahət Mərkəzində baş verən məlum olaylar ölkə gündəmini dəyişdi. Sözün əsl
mənasında baş verənlərə don geyindirmək olmasa belə İstirahət Mərkəzi ilə bağlı
adı hallanan deputat İqbal Məmmədov barəsində sosial şəbəkələrdə qara piar aparılır.
Bu da təbii ki, məqsədli şəkildədir. Elə bu hadisənin də gündəmə gəlməsi məqsədli
deyilmi?
Sözügedən istirahət mərkəzi neçə illərdir fəaliyyət göstərir. Və deyərdim
ki, cənub bölgəsinin ümumilikdə Azərbaycanın ən öndə gedən istirahət mərkəzlərindəndir.
Məhz bu istirahət mərkəzində yaradılan şəraitə görə ölkəmizə nə qədər turist gəlir. Nə bir məsələni
də yaddan çıxarmayaq ki, bu qədər geniş ərazini əhatə edən bir mərkəzdə heç bir
narazılıq halı qeydə alınmayıb. Bu isə işin təşkilindən xəbər verir. Belə olan
halda gündəm mövzusunu acı saqqız kimi çeynəməyin nə adı var?
İqbal
Məmmədov həm deputatlıq dönəmində həm də hakim partiyanın funksioneri kimi daim
öndə olan simalardan olub. Seçiciləri ilə görüşlərindən, Lerik üçün etdiklərindən
çox söz açmaq istəmirəm. Ancaq hər il ən yüksək balla universitetlərə girən
Leriklilər üçün etdiklərini heç kim dana bilməz. Tələbə adını qazananlara hədiyyələrin verilməsi,
onların təhsil və digərsosial problemlərinin həllinə dəstək olmaq İqbal Məmmədovun
ən ündə məsələlərindən biri olub.
Bu
yay istirahət üçün mən də cunab üz tutdum. Lənkəranda qərarlaşsam da Lerikə və
xüsusən "Relax” İstirahət Mərkəzi ilə qiyabi tanışlıq üçün ərazidə oldum. İlk
öncə onu qeyd edim ki, Lənkərandan Lerikə keçən andan yol boyu həmsöhbət
olduğum insanlar İqbal Məmmədovun cənublular və xüsusən lerik üçün etdiklərini
dilə gətirirdilər. Hətta "Relax” İstirahət Mərkəzinin bu ərazidə olması vətəndaşların
işsizlik problemini əhəmiyyətli dərəcədə aradan qaldırıb.
İqbal
Məmmədov prezident İlham Əliyev və onun siyasətinə ən sadiq insanlardan
biridir. Mətbuata evrdiyi müsahibələrində, ölkəmizə qarşı xarici qüvvələr tərəfindən
aparılan ikili siyasətdə daim öz prinsipial mövqeyini ortaya qoyub. Milli Məclisdə etdiyi çıxışlarda, Lerikdə
keçirilən mühüm tədbirlərdə cənab prezidentin sadiq əsgəri olduğunu açıq aydın
bəyan edib.
İndi
sosial şəbəkələrdə İqbal Məmmədovun həm siyasi həm də işgüzar hüfuzunu kölgə
altına alan yazılar və şərhlər paylaşılır. Şəxsən mənim İqbal Məmmədovdan nə
suyum, nə çörəyim gəlir. Bir deputat kimi tanıyıram. Ancaq inanın kaş ki, İqbal
Məmmədov kimi vətəninə, dövlətinə və dövlətçiliyimizə ürəkdən, qəlbən sadiq
olan insalarımızın sayı çox olaydı. O zaman biz daha da inkişaf edərdik.
Ədil Ədilzadə
SABAHİNFO.AZ saytının direktoru